SİYASƏT


Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyi” barədə sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil-qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.