MƏDƏNİYYƏT


Azərbaycanın “D'ACCORDO” barokko ansamblının çıxışı Sankt-Peterburq tamaşaçılarını heyran edib

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycanın “D'ACCORDO” barokko ansamblı Sankt-Peterbuqrda keçirilən doqquzuncu beynəlxalq “Gümüş lira” kamera musiqisi festivalında parlaq konsert proqramı ilə çıxış edib.

Kollektivin bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti İlahə Sadıqzadə AZƏRTAC-a bildirib ki, səkkiz konsertdən ibarət olan festivalda Avstriya, Azərbaycan, Macarıstan, Niderland, Serbiya, ABŞ və Rusiyada olan istedadlı musiqiçilər kamera ifaçılığı məharətini nümayiş etdiriblər.

Xatırladaq ki, 2016-cı ildə yaradılmış “D'ACCORDO” ansamblı Azərbaycanda barokko və renessans kimi tarixi musiqi ifaçılığı manerasını tətbiq edən ilk kollektiv olub. Ansambl hələ gənc olmasına baxmayaraq, kollektivin repertuarı kifayət qədər genişdir və XV-XVII əsrlərdə yaşayıb yaratmış müxtəlif bəstəkarların əsərlərini əhatə edir.

Ansambl Bakının və Azərbaycanın digər şəhərlərinin müxtəlif konsert səhnələrində uğurla çıxış edir. Bir sıra festivalların, o cümlədən Üzeyir Hacıbəyli adına Beynəlxalq Festivalın iştirakçısı olmuş “D'ACCORDO” Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdə də müntəzəm iştirak edir.

Sank-Peterburqdakı konsertdə ansamblın heyətində kollektivin bədii rəhbəri İlahə Sadıqzadə (klaveşin, zərb alətləri), Elina Əliyeva (skripka), Lalə Miralayeva (skripka), Ziba Rəcəbli (alt), Azərbaycanın Əməkdar artisti Eyyub Əliyev (violonçel), Əsmər Kərimli (violonçel), Nicat Salmanov (fleyta), Rövşən Məmmədov (gitara) çıxış ediblər.

Solo ifaçılar Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontratenor) idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.