CƏMİYYƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Ankara, 18 oktyabr, AZƏRTAC

Azərbaycanın Qarsdakı Baş Konsulluğunda 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü və diplomatik orqanlarımızın yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

Konsulluqdan AZƏRTAC-a verilən məlumata görə, baş konsul Nuru Quliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf, o cümlədən diplomatik xidmət orqanlarımızın 100 iliyi barədə görüş iştirakçılarına geniş məlumat verib.

Sonra Azərbaycan diplomatik orqanlarının yaranmasının 100 illiyi ilə bağlı Qarsdakı Heydər Əliyev Parkında ağacəkmə akasiyası keçirilib. Yerli ictimaiyyətin nümayəndələri aksiyada iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.