SİYASƏT


Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Tbilisi, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının milli bayramı - Dövlət Müstəqilliyi Gününün 29-cu ildönümü Gürcüstanda da qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları Dövlət Müstəqilliyi Günü münasibətilə Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Sonra səfir və əməkdaşlar Rustavi şəhərindəki parkda ulu öndər Heydər Əliyevin buradakı büstü önünə də gül dəstələri düzüblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.