İDMAN


Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş minifutbol turnirinə yekun vurulub

Bakı, 12 oktyabr, AZƏRTAC

Yasamal rayonundakı futbol meydançasında Bakıda məskunlaşmış zəngilanlı yeniyetmələr arasında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş məhəllələrarası minifutbol turniri keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, Baş İdarə və Zəngilan Rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda “Qarabağ” komandası birinci olub. “Uğur” yarışı ikinci, “Şahin” isə üçüncü pillədə başa vurub.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.