CƏMİYYƏT


Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 26-cı  ildönümü N saylı hərbi hissədə qeyd olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakı Şəhər və Qaradağ rayon gənclər və idman idarələrinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin deputatı Aydın Hüseynov, Baş İdarənin sektor müdiri Zamin Əhmədov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, hərbi hissənin komandiri və digər şəxslər çıxışlarında Azərbaycanın Dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Çıxışlarda, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasına xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.

Sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit fəxri fərmanlarla təltif olunub.

Tədbir “Laçın” instrumental ansamblının və tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.