İQTİSADİYYAT


Azərbaycanın Energetika naziri “OPEC+” nazirlərinin iclasında iştirak edəcək

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 6-da Bakı vaxtı ilə saat 16:00-da OPEC, 18:00-da isə “OPEC+” ölkələri nazirlərinin videokonfrans formatında iclasları keçiriləcək.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov da iştirak edəcək.

İclasda qlobal neft bazarının vəziyyəti, inkişaf tendensiyaları, hasilatın azaldılması öhdəliklərin icrası müzakirə ediləcək. Həmçinin “OPEC+” üzrə gündəlik neft hasilatının 9,7 milyon barrel azaldılması ilə bağlı mövcud “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin iyundan sonra uzadılması məsələsinə baxılması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-da və 12-də keçirilmiş görüşlərinin nəticəsi olaraq gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvar-2022-ci ilin aprelində isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” qəbul edilib. Bu qərara uyğun olaraq iyul ayından başlayaraq istehsal kvotalarının tədricən yumşaldılması və ilin sonunadək “OPEC+” üzrə gündəlik hasilatın 2 milyon barrel artırılması nəzərdə tutulurdu.

Dünya neft bazarının sabitləşdirilməsi məqsədilə ilk dəfə olaraq böyük həcmlərdə öhdəliklər götürmüş Azərbaycanın kvotası isə may-iyun ayları üzrə 164 min barrel təşkil edir. Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamaq öhdəliyinə müvafiq olaraq mayın 1-dən gündəlik neft hasilatını azaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.