İQTİSADİYYAT


Azərbaycanın Energetika naziri “OPEC plus” tədbirində iştirak edəcək

Bakı, 17 may, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov mayın 18-də Səudiyyə Ərəbistanına səfər edəcək.

Energetika Nazirliyindən AZƏRTAC-bildirilib ki, nazir mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edəcək.

İclasda qlobal neft bazarının vəziyyəti müzakirə olunacaq. OPEC-in dünya iqtisadiyyatı və neft bazarının inkişaf tendensiyalarının təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın aprel ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı nəzərdən keçiriləcək.

Səfər zamanı bir sıra ikitərəfli görüşlər də planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.