İQTİSADİYYAT


Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb

Bakı, 24 oktyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 24-də Bakıda keçirilən Beynəlxalq Enerji Xartiyası Forumunda Enerji Xartiyasının baş katibi Urban Rusnak deyib.

O bildirib ki, Enerji Xartiyası Katibliyi enerji səmərəliliyi ilə bağlı qanunvericiliyin hazırlanmasında Azərbaycana dəstək olur. Ötən il “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun ilk layihəsi də tamamlanıb. Bu ilin sonunda yekunlaşdırılması və gələn ilin əvvəlində aidiyyəti orqanlarla müzakirəsi nəzərdə tutulan Azərbaycanın Enerji Effektivliyinə dair ilk Milli Fəaliyyət Planının hazırlanmasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.