CƏMİYYƏT


Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Moldovanın müvafiq qurumları arasında təcrübə mübadiləsi böyük əhəmiyyətə malikdir VİDEO

Bakı, 16 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov noyabrın 16-da Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov Azərbaycan FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş layihələrdə dost Moldovanın müvafiq qurumları ilə birgə fəaliyyət göstərdiklərini xatırladan nazir ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, rəhbərlik etdiyi qurumun strukturu və fəaliyyəti, o cümlədən FHN-in Akademiyası barədə qonaqlara ətraflı məlumat verib.

Nazir FHN Akademiyasında moldovalı gənclərin də təhsil almasının mümkünlüyünü nəzərə çatdırıb.

Moldovanın daxili işlər naziri Aleksandr Jizdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus qüvvələrin Moldovada keçirilmiş təlimlərdə iştirak etdiyini xatırladaraq təcrübə mübadiləsinin çox böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırıb. O, müvafiq qurumlar arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini önə çəkib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi və əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.