CÜMHURİYYƏT - 100


Azərbaycanın Fransadakı səfiri “Radio Courtoisie”yə müsahibəsində Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlardan danışıb

Paris, 18 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı təşkil olunan silsilə tədbirlər çərçivəsində Fransadakı səfirimiz Rəhman Mustafayev bu ölkənin “Radio Courtoisie” radiosuna müsahibə verib. Səfir dünyada yaşayan azərbaycanlıların mayın 28-ni Respublika Günü kimi bayram etdiklərini bildirib.

AZƏRTAC xəbər verir ki, Rəhman Mustafayev çıxışı zamanı Azərbaycanın tarixi, Xalq Cümhuriyyətinin yaranması, əldə etdiyi uğurlar, demokratik respublikanın süqutu haqqında ətraflı söhbət açıb.

Qeyd edib ki, hüquqi və dünyəvi respublika nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi tarixə düşüb. Xalq Cümhuriyyəti bəzi Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verib.

Səfir bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində bütün etnik və siyasi qruplar təmsil olunublar. Rəhman Mustafayev parlamentdə qəbul olunan qanunlardan, ölkədə həyata keçirilən islahatlardan danışıb, dövlət rəmzlərindən, mətbuat azadlığından söz açıb. Həmçinin dünyanın aparıcı tədqiqatçılarının Azərbaycan Xalq Cümhuriyyəti haqqında fikirlərini çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.