SİYASƏT


Azərbaycanın Gürcüstandakı səfiri ermənilərin terrorçuluq fəaliyyətlərini ifşa edib

Tbilisi, 25 oktyabr, AZƏRTAC

Gürcüstanın “report.ge” və “m.geotimes.com.ge” informasiya portallarında Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevin məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, rus, ingilis və gürcü dillərində dərc olunan məqalədə səfir Cənubi Qafqazda zorla və məqsədyönlü şəkildə məskunlaşdırılan ermənilərin pozuculuq fəaliyyəti, başqa dövlətlərin – Gürcüstan və Azərbaycanın torpaqlarını işğal etməsi cəhdlərini tarixi faktlarla ortaya qoyub. Hələ 1918-ci ildə erməni “strateqlərin” Gürcüstanı işğal etməsi, daşnak hökuməti üçün könüllü və maliyyə toplamaq məqsədilə başlatdığı kampaniya barədə məlumatlar oxucuların diqqətinə çatdırılıb.

Məqalədə ermənilərin Azərbaycan torpaqlarını işğal planı və tədricən bu planı hiyləgərcəsinə həyata keçirmə üsulları, zaman-zaman Qarabağda törətdikləri soyqırımı və digər qətliamlar, son günlər Azərbaycana qarşı həyata keçirilən hücum əməliyyatları, Azərbaycan bölgələrini ballistik raketlərdən atəşə tutması, raket atəşləri nəticəsində dinc insanların, qadın və uşaqların qətlə yetirilməsi barədə faktlar da əksini tapıb.

Ermənilərin Gürcüstanda və Azərbaycanda törətdikləri təxribatların bütün beynəlxalq qanunlara və prinsiplərə ziddi olduğu məqalədə qeyd olunub və beynəlxalq təşkilatlar tərəfindən terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistana qarşı sanksiyaların tətbiqinin vacibliyi vurğulanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.