CƏMİYYƏT
Azərbaycanın Gürcüstandakı səfirliyi daha 352 nəfərin ölkəmizə təxliyəsini həyata keçirib
Tbilisi, 8 avqust, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyi avqustun 8-də daha 352 azərbaycanlının ölkəmizə təxliyəsini həyata keçirib.
AZƏRTAC xəbər verir ki, təxliyə olunan azərbaycanlılar avqustun 7-də Tbilisidə koronavirus testindən keçiriliblər. Onların hamısının testinin cavabı neqativ olub.
Təxliyə olunanlar arasında 107 Azərbaycan, 233 Gürcüstan və 12 Rusiya vətəndaşı var.
COVID-19 arayışı alan insanlar səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar.
Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.
Sonra onlar karantində saxlanılacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi