CƏMİYYƏT


Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulluq xidmətinin “Facebook” səhifəsi istifadəyə verilib

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulluq xidmətinin “Facebook” sosial şəbəkəsində səhifəsi istifadəyə verilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sözügedən səhifənin yaradılmasında məqsəd konsulluq xidmətləri ilə bağlı yenilikləri ictimaiyyətə təqdim etmək, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına lazımi məlumatları əldə etməyə, xarici ölkə vətəndaşları üçün Azərbaycan Respublikasının ərazisinə səfərlə bağlı viza və digər sənədlərin əldə olunmasına köməklik göstərmək, onlarla təmasda olmaq və suallarını cavablandırmaqdır.

Sözügedən səhifəyə aşağıdakı linkdən daxil olmaq olar: https://m.facebook.com/azembassy.gecons/

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.