SİYASƏT
Azərbaycanın İstanbuldakı baş konsulluğunda keçirilən səsvermədə heç bir qanun pozuntusu qeydə alınmayıb
İstanbul, 26 sentyabr, AZƏRTAC
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycanın İstanbuldakı baş konsulluğunda təşkil edilən səsvermə Ankara vaxtı ilə saat 19.00-da (Bakı vaxtı ilə 20.00) başa çatıb.
Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 51 saylı referendum məntəqəsi fəaliyyət göstərib. Məntəqədə 956 nəfər seçici qeydiyyatda olub.
Bu məntəqədə 805 nəfər Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edib. Seçicilərin azad şəraitdə səs vermələri üçün qanunvericilikdə tələb olunan bütün hallara riayət edilib. Səsvermə prosesində heç bir qanun pozuntusu baş verməyib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul