SİYASƏT
Azərbaycanın İsveç Krallığındakı səfiri etimadnaməsini XVI Karl Qustava təqdim edib
Stokholm, 26 oktyabr, Rauf Əliyev, AZƏRTAC
Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov etimadnaməsini kral XVI Karl Qustava təqdim edib.
AZƏRTAC xəbər verir ki, kral XVI Karl Qustavın Stokholmdakı sarayında baş tutan rəsmi mərasimdə səfir Zaur Əhmədov etimadnaməsini təqdim edib.
Görüş əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kral XVI Karl Qustava salamlarını çatdıran səfir Zaur Əhmədov, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi uğrunda səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə İsveç ilə Azərbaycan arasında əlaqələrin gələcək inkişafı barəsində fikir mübadiləsi aparılıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm