SİYASƏT


Azərbaycanın Macarıstana yardımı haqqında material dərc edilib

Budapeşt, 4 aprel, AZƏRTAC

Daily News Hungary nəşrində Azərbaycanın Macarıstana göstərdiyi humanitar yardım haqqında xəbər dərc edilib (bax: https://dailynewshungary.com/coronavirus-orban-in-talks-with-virus-researchers/).

AZƏRTAC xəbər verir ki, materialda bu ölkənin Xarici İşlər naziri Peter Siyyartonun öz “Facebook” səhifəsində yazdığı postdan bəhs edilir. Siyyarto COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi günlərdə Azərbaycanın nümayiş etdirdiyi həmrəyliyə görə minnətdarlığını bildirib.

Xatırladaq ki, bu günlərdə Azərbaycanın Macarıstana humanitar köməyi kimi ayrılmış 10 min ədəd respirator maskası bu ölkənin Bakıda səfirliyinə çatdırılıb.

“Facebook” şəbəkəsinin istifadəçiləri nazirin bu postuna yazdıqları şərhlərdə bu çətin günlərdə Macarıstana göstərilmiş köməyə görə Azərbaycana minnətdarlıqlarını bildirirlər.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.