MƏDƏNİYYƏT


Azərbaycanın Macarıstandakı səfirliyi səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib

Budapeşt, 10 dekabr, AZƏRTAC

Azərbaycanın Macarıstandakı səfirliyi Budapeşt şəhərində təşkil olunmuş səkkizinci diplomatik xeyriyyə bazarında iştirak edib. Yerli ictimaiyyətin böyük maraq göstərdiyi və ənənəvi olaraq Macarıstan Prezidentinin xanımı Anita Herseqin himayədarlığı ilə keçirilən builki tədbirdə 50-yə yaxın ölkənin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak edib.

Hər il olduğu kimi, cari ildəki xeyriyyə bazarında da ölkəmizin Macarıstandakı səfirliyi ayrıca guşə ilə təmsil olunub. Azərbaycanın milli mətbəx nümunələri, şirniyyatlar, Azərbaycan istehsalı olan ərzaq məhsulları və suvenirlər xeyriyyə bazarına gələn qonaqlara təqdim edilib.

Yarmarkada iştirak edərək milli guşələrə baş çəkən A.Herseq Azərbaycan guşəsinə də yaxınlaşıb və xoş təəssüratlarını bildirib.

Tədbir Macar dövlət televiziyasının “MT1” kanalı tərəfindən geniş işiqlandırılıb.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.