CƏMİYYƏT


Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsi anılıb

Bakı, 8 may, AZƏRTAC

Veteran Tankçılar İctimai Birliyi və Dağ yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı 1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan yəhudi əsilli tank komandiri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günü ilə əlaqədar xatirə tədbiri keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, şəhidin xatirə tədbirində onun döyüş yoldaşlarının, ailə üzvlərinin, yaxın qohumlarının, Dağ yəhudiləri dini icmasının nümayəndələrinin və başqa qonaqların iştirakı ilə Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Milli Qəhrəmanın xatirə tədbirindən sonra Dağ yəhudiləri dini icması sinaqoqda ehsan süfrəsi təşkil edib.

Çıxışçılar bildiriblər ki, bu cür anım mərasimlərinin keçirilməsində əsas məqsəd ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın şanlı döyüş yollarını gələcək nəsillərə çatdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.