SİYASƏT


Azərbaycanın Moldovadakı səfiri Kişineuda Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak etmişdir

Azərbaycanın Moldovadakı səfiri Kişineuda Qələbə Günü ilə bağlı tədbirlərdə iştirak etmişdir

Kişineu, 9 may (AZƏRTAC). Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev mayın 9-da Qələbə Günü təntənələrində iştirak etmiş, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirəsini anmışdır. Bu barədə AZƏRTAC-a Kişineudakı diplomatik nümayəndəliyimizdən məlumat vermişlər.

Moldova Prezidenti Nikolaye Timofti, bu ölkənin digər rəhbər işçiləri, xarici ölkələrin Kişineuda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri “Eternitate” (“Əbədiyyət”) Döyüş Şöhrəti abidəsi qarşısına əklil və tər çiçəklər qoymuşlar.

Azərbaycanın Moldovadakı səfiri, diplomatik nümayəndəliyimizin əməkdaşları, habelə Moldovanın mədəniyyət naziri Monika Babuk, Rusiyanın bu ölkədəki səfiri və Belarusun müvəqqəti işlər vəkili iki il əvvəl Azərbaycanın Moldovadakı səfirliyi tərəfindən “Eternitate” Döyüş Şöhrəti Memorialı ərazisində yaradılmış “Şuşa” Şəhidlər xiyabanında da gül dəstələri qoymuşlar.

 

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.