İQTİSADİYYAT


Azərbaycanın Monteneqro və Xorvatiya ilə turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Bakı, 8 fevral, Elvin Camalov, AZƏRTAC

Azərbaycanın Monteneqro və Xorvatiya ilə turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, bu il iyulun 5-dən sentyabrın 13-dək “PASHA Travel” şirkətinin struktur bölməsi olan “PASHA Holidays” Monteneqronun Tivat şəhərinə çarter reysləri təşkil edəcək. Bununla əlaqədar fevralın 8-də Avropanın bu turizm regionunun imkanlarının təqdimatı keçirilib.

Xorvatiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Refik Şabanoviç öz ölkəsinin, Azərbaycanın və Monteneqronun turizm imkanlarından danışıb. Bildirib ki, hər üç ölkənin turizm potensialı olduqca böyükdür. Bu sahədə əməkdaşlıq ölkələrin mədəni və iqtisadi həyatına müsbət təsir göstərəcək.

Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev qeyd edib ki, Bakı-Tivat aviareysi “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri vasitəsilə həyata keçiriləcək. Reysin fəaliyyətə başlaması iki ölkənin xalqlarını bir-birinə daha yaxın edəcək, mədəniyyətlərarası dialoqun qurulmasına, turizmin inkişafına səbəb olacaq.

Diqqətə çatdırılıb ki, Monteneqro Azərbaycan ilə vizasız rejim tətbiq edib.

Daha sonra Monteneqro Milli Turizm Təşkilatının direktor müavini Maya Lijeseviç və “PASHA Travel” şirkətinin biznes və istirahət turizmi üzrə direktoru Pərvanə Ağayeva ölkələrin turizm imkanları və xidmətlər barədə təqdimatla çıxış ediblər.

Həmçinin təqdimat çərçivəsində Azərbaycanla Monteneqro və Xorvatiya arasında ikitərəfli turizm sahəsi üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, təqdimatda Azərbaycanın 300-dək turizm şirkətinin nümayəndəsi iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.