SİYASƏT


Azərbaycanın Müdafiə naziri: Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub

Bakı, 18 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Azərbaycan Ordusunda 2013-cü ildən həyata keçirilən islahatlar uğurla davam etdirilir. Ordumuzun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 18-də Müdafiə naziri, general-polkovnik Zakir Həsənov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2018-ci ildə beş hərbi şəhərcik istifadəyə verilib. Bu il isə ona yaxın hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində ordunun yeni silah və texnikalarla təchizatı, infrastrukturun yenilənməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində işlər görülür.

Yeni silahların alınması üçün iş aparıldığını vurğulayan nazir bildirib ki, bu il Azərbaycan Ordusunun idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də tədbirlər davam etdiriləcək. Müasir komanda-idarəetmə sistemi qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.