Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycanın Müstəqillik Günü Batumidə qeyd olunub

Tbilisi, 25 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü və 28 May - Müstəqillik Günü Batumidə geniş qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Batumi Dövlət Vokal Ansamblı Azərbaycanın və Gürcüstanın Dövlət himnlərini ifa edib.

Baş konsul Pərviz İsmayılzadə çıxış edərək müasir Azərbaycan Respublikasının 1918-ci ilin may ayından 1920-ci ilin aprel ayınadək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1918-ci il mayın 28-də Tbilisidə müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması ilə bağlı Müstəqillik Bəyannaməsi qəbul edilib və cümhuriyyətin özünün parlamenti, hökuməti, ordusu, milli pul vahidi və digər dövlətçilik atributları təsis olunub.

Diplomat qeyd edib ki, bu gün 104 illiyini qeyd etdiyimiz AXC Avropanın əksər ölkələrini qabaqlayaraq müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququ verib. Cümhuriyyət həm də milli dövlətçilik ənənələrinin bərpasında müstəsna rol oynayıb. Mövcud olduğu 23 ay ərzində Azərbaycan Xalq Cümhuriyyəti çox böyük işlər görüb. 1920-ci ilin aprel işğalınadək AXC-nin müstəqilliyi dünyanın 26 dövləti tərəfindən tanınmış və onlardan 19-u ilə diplomatik münasibətlər qurulmuşdu.

Baş konsul bu il Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün tamam olması barədə geniş məlumat verib. Bildirib ki, ölkələrimiz arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” müqavilə Azərbaycan Respublikası və Gürcüstanın Birgə Bəyannamə və ümumilikdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əlaqələrə dair 100-dən çox sənəd imzalanıb.

Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir və ölkəmiz iqtisadi cəhətdən gündən-günə qüdrətlənir, inkişaf edir. Bu gün Azərbaycanda həyata keçirilən uğurlu islahatlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamıdır.

Baş konsul Prezident İlham Əliyevin gərgin və səmərəli fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirərək, Azərbaycan Müzəffər Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərərək öz gücü ilə torpaqlarını işğaldan azad etdiyini qeyd edib.

P.İsmayılzadə, iki tərəfdaş ölkə olan Azərbaycan ilə Gürcüstanın əsrlər boyu dostluq və qardaşlıq münasibətlərində yaşadığını, bir-birinə yaxından kömək göstərdiyini, sevincli və kədərli anlarında həmişə bir-birinə dəstək olduğunu vurğulayıb.

Ölkələrimiz arasında azad ticarət zonası yaradılıb və Azərbaycan Gürcüstanın əsas iri ticari-iqtisadi tərəfdaşıdır. Azərbaycan şirkətləri Gürcüstana böyük investisiyalar yatırıb. Gürcüstan iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edir və SOCAR-ın fəaliyyəti sayəsində Gürcüstanda qazlaşdırma səviyyəsi 90 faizə çatdırılıb. Gürcüstan üzrə SOCAR-ın 108 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir ki, bunlardan 10-u Acarıstan ərazisindədir. Acarıstan Muxtar Respublikasında fəaliyyət göstərən “SOCAR Energy Georgia” şirkəti tərəfindən Batumi və Kobuleti şəhərləri, Xalvaçaur və digər regionların qazla təmin olması 110 mindən çox abunəçiyə xidmət göstərir.

Eyni zamanda, Gürcüstan iqtisadiyyatına yatırılan investisiyalar sırasında Acarıstan ərazisində fəaliyyət göstərən “Qara Dəniz Neft” Kulevi terminalı neft məhsullarının Xəzəryanı ölkələrdən Avropa ölkələrinə çatdırılmasında xüsusi rol oynayır.

Acarıstan Muxtar Respublikası Hökumətinin maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze Müstəqillik Günü və Ulu Öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, müstəqillik gününün bütün ölkələr üçün vacib bayram olduğunu və böyük məmnuniyyətlə bu bayramı Azərbaycan xalqı ilə bölüşdüyünü qeyd edib. Müstəqillik illəri göstərdi ki, Gürcüstan və Azərbaycanın qarşılıqlı dəstəyə ehtiyacları var, çünki mövcud olan mürəkkəb siyasi və iqtisadi şəraitdə ancaq qarşılıqlı yardım və əməkdaşlıq vasitəsilə çətinliklərin aradan qaldırılması mümkün olmuşdur. Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji əməkdaşlıq çoxəsrlik tarixi dostluq və qonşuluq əlaqələri əsasında qurulub.

J.Putkaradze qeyd edib ki, Acarıstan turizm, biznes və humanitar əlaqələr sahəsində Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsində fəal rol oynayır.

Tədbirdə Türkiyə Respublikasının Batumi şəhərindəki Baş konsulu çıxış edərək, ulu öndər H.Əliyevin anadan olmasının 99-cu ildönümü və 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və tədbir iştirakçılarına təbriklərini çatdırıb.

Rəsmi çıxışlardan sonra ulu öndər Heydər Əliyevin və Eduard Şeverdnadzenin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbir Baş Konsulluğun nəzdində fəaliyyət göstərən “Bazar Günü” məktəbinin şagirdlərinin çıxışları ilə davam edib. Şagirdlər ulu öndər Heydər Əliyevə və Müstəqillik Gününə həsr edilmiş şeirlər oxuyub, “Fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısını ifa etmişlər və dünyaya öz sülh mesajlarını tədbirdə sərgilənən boya ilə çəkdikləri şəkillərlə çatdırıb.

Mərasimdə Acarıstan MR Hökumətinin maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, təhsil naziri Maiya Xajiaşvili, səhiyyə naziri Nino Nijaradze, Ali Məclisin deputatı İliya Vercadze, kənd təsərrüfatı nazirinin müavini İrma Apxazava, Batumi şəhər meri Arçil Çokovani, Türkiyə və İranın baş konsulları, Acarıstan MR-in Turizm şöbəsinin rəhbəri Tinatin Zoidze, Kulevi QDT-nin rəhbəri və əməkdaşları, SOCAR-ın Acarıstan nümayəndəliyinin rəhbəri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin və “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Batumidə yaşayan soydaşlarımız və KİV nümayəndələri iştirak ediblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Yasamal rayonunda yük avtomobilinin ağaca dəyməsi nəticəsində sıxlıq yaranıb

Gəncədə “Sosial media və təhsil” mövzusunda görüşlər davam etdirilir

Cənubi Qafqaz regionunda cərəyan edən proseslər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub

Vladimir Putinlə Suriyanın yeni lideri arasında telefon danışığı baş tutub

Zelenski Trampla telefon danışığının detallarını açıqladı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 49 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 46 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 fevral 2025-ci il tarixli 48 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki  Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 44 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

BMT Ukrayna münaqişəsinin həllində iştirak etməyə hazırdır

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 fevral 2025-ci il tarixli 45 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 10 fevral tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı olub

ABŞ və Rusiya prezidentləri şəxsən görüşmək barədə razılığa gəliblər

Putinlə Tramp arasında telefon danışığı olub

Naxçıvan Muxtar Respublikasının büdcə xərclərinin 56,9 faizi yerli yığımlar hesabına təmin edilib

Avstriyada növbəti dəfə koalisiya danışıqları uğursuz olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib

Azərbaycan ilə Gürcüstan arasında tibbi turizm və demoqrafik problemlərin həlli məsələləri müzakirə olunub

Azərbaycanda keçiriləcək MDB Oyunlarında digər ölkələrin idmançıları da çıxış edə bilərlər

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının vaxtı dəqiqləşib

Britaniya Ukraynaya 150 milyon funt sterlinq dəyərində hərbi yardım paketi elan edib

UNEC “Yenilikçi və İnkişaf Mükafatı”na layiq görülüb

Türkiyəli ekspert: İrəvanın destruktiv siyasəti Ermənistanı regional əməkdaşlıqdan təcrid edəcək

Əlcəzair Avropaya qaz ixrac edəcək transsəhra boru kəmərinin inşasını sürətləndirir

İlon Mask NATO-nu tamamilə yenidən qurmağa çağırıb

III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

İslamabadda Azərbaycan-Pakistan Ticarət və Sənaye Palatasının açılışı olub

Prezident İlham Əliyevin Çin telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatı oldu - ŞƏRH

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsi ilə qlobal siyasətdə diqqət çəkən bütün suallara aydınlıq gətirdi ŞƏRH

Azərbaycan Dohada 13-cü Beynəlxalq Musiqi və Rəqs Konqresində təmsil olunub

Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar müəyyənləşib

Belçikanın Şarlörua hava limanında bütün uçuşlar ləğv edilib

Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır - ŞƏRH

“Mətnin aktual problemləri” monoqrafiyası çapdan çıxıb

Ötən il “Yaşıl Kart” sistemi üzrə 50 mindən çox müqavilə rəsmiləşdirilib

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib

Metin Yıldırım: Qərbi Azərbaycan ruhumuzun əsir olduğu tarixi həqiqətdir MÜSAHİBƏ

Magistraturaya qəbul imtahanında 22 minə yaxın bakalavrın iştirakı gözlənilir

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

Politoloq: Fransanın siyasətinə böyük etimadsızlıq yaranıb

Dövlət Komitəsinin sədri: Keçən il Uşaq və Ailələrə Dəstək mərkəzlərinin xidmətlərindən 25 min 354 nəfər faydalanıb

E.Ş.Bağırovun Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin STRUKTURU

AMEA-nın “Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə növbəti müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ƏSASNAMƏSİ

 Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Britaniya hökuməti miqrantların deportasiyası üçün 392 milyon funt sterlinq ayırır

Avropa İttifaqı qazın qiymətləri ilə bağlı yeni məhdudiyyətlər barədə fikirləşir

Daha 3 müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib

“İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bəzi normativ sənədlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2016-cı il 20 aprel tarixli Q23-001-16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Şalva Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması ədalətsizlik deyil, siyasi qisasdır

"Arsenal"ın aparıcı futbolçusu üçün mövsüm erkən başa çatıb

“Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib

Böyük Britaniya saytında Azərbaycanın sosial sahədə rəqəmsal transformasiya təcrübəsi paylaşılıb

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi BMU-da infosessiya təşkil edib

Keçən il Naxçıvanda 2683 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib

Prezident Hasan Şeyx Mahmud: Biz Azərbaycanın qazandığı təcrübəni bölüşmək istərdik

Somali Prezidenti: Bu səfər qardaş ölkələrimiz arasında strateji müttəfiqliyin başlanğıcı deməkdir

Azərbaycan Prezidenti: Arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir

Qobustanda sahibkarlarla görüş keçirilib

Prezident: Azərbaycan güclü müdafiə sənayesi potensialını yaradıb

AMEA şərqşünasları Moldovada keçirilən beynəlxalq konfransda məruzə ediblər

Prezident İlham Əliyev: Bu səfər Azərbaycanla Somali arasında sıx dostluq münasibətlərində yeni səhifə açacaq

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

“Sənətkarın dostu” layihəsinin növbəti qonağı xoreoqraf Rüfət Xəlilzadə olub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində ötən ilin yekunları müzakirə olunub

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Macarıstanda unikal onkoloji cərrahiyyə əməliyyatı uğurla nəticələnib

“Culfa” gömrük postunda külli miqdarda psixotrop maddə və narkotik vasitə aşkarlanıb

Şəhidə həsr olunmuş “Tarix yazan igidimiz” adlı tədbir keçirilib

Azərbaycan və Özbəkistan elmi əməkdaşlıq əlaqələrini genişləndirir

"Abşeron" voleybol klubunun baş məşqçisi: Avrokuboklarda tarix yazmaq istəyirik - MÜSAHİBƏ

Əlcəzair Fransadan idxalı sıfra endirir

Lahorda Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib

Ötən ay Dövlət Əmək Müfəttişliyi Xidməti 1400-dən çox vətəndaş müraciətini cavablandırıb

Cəlilabadda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar

Paşinyan Qərbi Azərbaycan İcması barədə iddiaları ilə reallığı təhrif edir ŞƏRH

Azərbaycan badmintonçusu: İspaniya ilə matçda uğur qazana biləcəyimizə inanıram

BƏƏ-nin naziri: 2050-ci ilədək 20 milyarddan çox robot insanlara xidmət edəcək

Abşeron rayonunda şəhidlərimiz yad edilib, ailə üzvləri ziyarət olunub

Əgər Ermənistan səmimidirsə, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır ŞƏRH

Yanvarda 18 milyona yaxın sərnişin Bakı metrosundan istifadə edib

Balakəndə yanğın təhlükəsinə görə meyvə şirələrinin istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Prezident Hasan Şeyx Mahmud: “ASAN xidmət” dövlət xidmətləri sahəsində ən yüksək peşəkarlıq səviyyəsidir VİDEO

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

“DokuBaku” festivalı “DokuTur” proqramını elan edib

Şalva Papuaşvili: Azərbaycan dövləti və xalqı Gürcüstana dəstəyini sübut edib

Rus Dram Teatrı “Hamlet” tamaşasının premyerasına hazırlaşır

Uşaq cərrahı: Adətən uşaqlar saat batareyası, ət parçası, qəpik, xırda oyuncaqlar udurlar

Azərbaycanda müflisləşmə ilə bağı təkliflər paketi hazırlanır

Rumıniyanın Prezidenti Klaus İohannis istefa verib

BMT-nin Baş katibinin müavini: Azərbaycan SPECA-nın inkişafına və genişlənməsinə mühüm töhfə verib  – MÜSAHİBƏ

Zərdabda “Himayədar ailə” qayğı modeli barədə ictimai dinləmə keçirilib

İrakli Kobaxidze: Gürcüstanda “Maydan” və ukraynalaşma olmayacaq

Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb