MƏDƏNİYYƏT


Azərbaycanın Müstəqillik Günü Tbilisidə qeyd olunub

Tbilisi, 18 oktyabr, AZƏRTAC

Azərbaycanın Dövlət Müstəqillik Günü münasibətilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, muzeyin təşəbbüsü ilə reallaşan tədbirdə Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin və Mehdiabad Uşaq Musiqi Məktəbinin kollektivləri 18 oktyabr-Dövlət Müstəqillik Günü ilə əlaqədar maraqlı konsert proqramı təqdim edib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva çıxış edərək 18 oktyabrın Azərbaycan tarixindəki yeri və rolu barədə məlumat verib. Müstəqil Azərbaycanın günbəgün çiçəkləndiyini, qüdrətləndiyini və möhkəmləndiyini, dünyada layiqli yer tutduğunu qeyd edib.

Musiqi məktəbinin direktoru, Azərbaycanın Əməkdar müəllimi İkram Manafov konsert proqramı barədə məlumat verib.

Sonra məktəblilərin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib və milli rəqslərimiz nümayiş olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.