SİYASƏT


Azərbaycanın NATO-nun Kodifikasiya Sisteminə qoşulması ilə bağlı tanışlıq görüşü keçirilib

Bakı, 11 mart, AZƏRTAC 

Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar Müdafiə Nazirliyində tanışlıq məqsədilə görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüşdə sistemin təqdimatı keçirilib, onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.