MƏDƏNİYYƏT


Azərbaycanın Özbəkistandakı səfirliyi Ramazan bayramı münasibətilə uşaq evinə bayram sovqatı göndərib

Daşkənd, 22 may, АZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi Ramazan bayramı münasibətilə Daşkənddəki Xlebuşkin adına 22 nömrəli uşaq evinə bayram sovqatı göndərib.

Səfir Hüseyn Quliyevin təşəbbüsü ilə hazırlanan bayram sovqatını səfirliyimizin müşaviri Arif Abbasov və digər diplomatlar uşaq evinə təhvil verib. Bayram sovqatına müxtəlif ərzaq məhsulları, meyvələr, paxlava daxildir.

Hüseyn Quliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, müxtəlif bayramlarda səfirlik müntəzəm olaraq bu uşaq evinə bayram sovqatı göndərir. Uşaq evində 120 uşaq tərbiyə alır. Bayram münasibətilə uşaqları sevindirmək hər bir insanın borcudur. Biz bundan sonra da belə aksiyaları davam etdirəcəyik.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.