SİYASƏT


Azərbaycanın Pakistandakı səfiri Sind əyalətinin valisi ilə görüşdə əməkdaşlıq məsələlərini müzakirə edib

İslamabad, 28 yanvar, AZƏRTAC

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Sind əyalətinin valisi İmran İsmail ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Xəzər Fərhadov səmimi qəbula görə öz təşəkkürünü bildirib, ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərdən söhbət açıb, Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə hər zaman dəstəklədiyini qeyd edib.

Səfir Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşdiyini bildirərək ölkəmizin həyata keçirdiyi bir sıra beynəlxalq layihələr barədə məlumatları diqqətə çatdırıb.

X.Fərhadov Azərbaycanın iqtisadi potensialından bəhs edərək iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu mənada Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinə toxunan X.Fərhadov yaradılması nəzərdə tutulan enerji, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, bank, gənclər və turizm sahəsi üzrə işçi qruplarına da diqqət çəkib.

İmran İsmail Azərbaycan və Pakistanın qardaş ölkələr olduğunu bildirib və qarşılıqlı əlaqələrimizin bütün sahələr üzrə daha da dərinləşdirilməsinin əhəmiyyətindən bəhs edib. İki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayan vali Azərbaycan və Pakistan iş adamlarından ibarət nümayəndə heyətlərinin intensiv və mütəmadi şəkildə qarşılıqlı səfərlərinin təşkil olunmasının önəminə də toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.