SİYASƏT


Azərbaycanın Qətərdəki səfirinin bu ölkənin “Əl-Ərəb” qəzetində müsahibəsi dərc olunub

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Ramazan ayı münasibətilə bu ölkənin “Əl-Ərəb” qəzetində geniş müsahibəsi dərc olunub.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən danışılıb. Azərbaycanın digər İslam ölkələri, o cümlədən Qətər ilə Ramazan ayına aid oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardım göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı bildirilib.

Müsahibədə ölkəmizdəki mövcud olan yüksək dini və mədəni dözümlülük məsələlərinə toxunularaq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu vurğulanıb. Həmçinin Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilərək, bu mübarək ayın insanlara həmrəylik və dözümlülük ruhu aşıladığı diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.