İQTİSADİYYAT


Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif olunub

İstanbul, 28 noyabr, AZƏRTAC

Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif edilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 28-də İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb. Görüşdə Azərbaycan-Qətər əlaqələri müzakirə olunub.

S.Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Komitə sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.

Qətərli nazir isə ölkəsi ilə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Nazir, eyni zamanda, Qətər ilə Türkiyə arasındakı mövcud tranzit sazişinə Azərbaycanın da qoşulmasını təklif edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.