İQTİSADİYYAT


Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalandı

Bakı. 28 may, AZƏRTAC

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə festivalın keçirilməsinin əhəmiyyəti və hər iki ölkəyə töhfələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan ilə Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə keçirilib.

Görüş çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.