Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumu keçirilib YENİLƏNİB

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əsasən İpək Yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də “e-hökumət” həlləri müzakirə olunub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, eyni zamanda, rəqəmsal təşəbbüsləri də dəstəkləyir: “Böyük İpək Yolunun üzərində yerləşməklə Azərbaycan dünyada ikinci dəfə rəqəmsal ticarət qovşağını yaradıb, eyni zamanda, dördüncü sənaye inqilabi mərkəzi ilə əməkdaşlığa başlayıb. Konfrans çərçivəsində “Bir kəmər, bir yol” layihəsi üzrə rəqəmsal təşəbbüslər ətrafında müzakirələr təşkil edilib. Azərbaycan bir tərəfdən Böyük İpək Yolu üzrə fiziki rəqəmsal infrastrukturun yaradılmasını həyata keçirir, digər tərəfdən isə Böyük İpək Yolu üzrə rəqəmsal həllərin təmin edilməsində fəal iştirak edir. Ölkəmizdə Böyük İpək Yolu layihəsinin rəqəmsallaşması istiqamətində dövlət-özəl tərəfdaşlığı həyata keçirilir”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya üzrə həyata keçirilən islahatlar, reallaşdırılan layihələr, dövlət qurumları ilə banklar və maliyyə bazarlarının digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlığı qaçılmaz edir: “Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə rəqəmsal ticarət qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən hesabın açılması xidməti təqdim ediləcək. Əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir. Təsadüfi deyil ki, rəqəmsal ticarət qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur”.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bu gün ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyəti layihələr həyata keçirilir. Ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib. Aparılan işlər yaxın gələcəkdə bu xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçməsini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənib, cari ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib. Bundan başqa, rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

“PAŞA Bank”ın idarə heyətinin sədri Taleh Kazımov deyib ki, son illər ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlılığının günbəgün güclənməsi daha əlamətdar olub və məhz belə bir vaxtda Azərbaycan hökumətinin rəqəmsal transformasiya mərhələsinə daxil olması xüsusi əhəmiyyət kəsb edir. Böyük sürətlə dəyişən dünyada bütün sahələrdə olduğu kimi bank xidmətlərinin də sürətli, çevik və daha da güvənli olması, müştərinin ən yüksək tələblərinə cavab verməsi zəruridir.

Tədbirdə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev İKT sahəsində davamlı inkişafdan, eləcə də özəl sektorun İKT sahəsinə verdiyi töhfələrdən danışıb.

“Şirkətimiz tərəfindən hazırda Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramı icra edilir. Qeyd edim ki, “AzerTelecom” şirkəti Dövlət-Özəl sektor Tərəfdaşlığı üzrə qurulan Konsorsiumun üzvüdür. Şirkət konsorsium çərçivəsində birgə fəaliyyətin səmərəli təşkili üçün rəqəmsal infrastrukturdan istifadə, “Digital HUB” proqramı çərçivəsində Konsorsiumun əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlərə öz töhfəsini vermək niyyətindədir”, - deyə o bildirib.

Forumda ilk dəfə dövlət və özəl tərəfdaşlığı müqaviləsi “ASAN İmza” vasitəsilə onlayn imzalanıb. Müqaviləni fəaliyyət sahəsi üzrə kifayət qədər uğur qazanmış tərəflər – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, “PAŞA Bank”, “B.EST Solutions, “AzerTelecom” imzalayıblar. Onlayn müqavilənin imzalanması ilə tərəflər vahid bir sistem kimi, Azərbaycanın rəqəmsal qovşaq kimi regionda və dünyada mövqeyinin gücləndirilməsi üçün birgə fəaliyyətə başlayacaqlar.

Sonra Estoniyadan Azərbaycana gələn ilk e-rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryus “Estoniyanın e-rezidentliyi - Estoniyadan e-rezidentliyinin təcrübə və tövsiyələri” mövzusunda təqdimatla çıxış edib. O, Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verib.

Forum işini “Sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal yeniliklər” başlıqlı panel müzakirəsi ilə davam edib. Paneldə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli, “PAŞA Bank”ın nümayəndəsi Səbinə Qurbanova, Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndəsi Fərid Vəliyevin çıxışları dinlənilib.

Azərbaycanın İspaniyadan e-rezidenti David Orgaz Parejo iştirakçılarla rezidentliklə əldə edilən üstünlüklərdən və imkanlardan danışıb.

Forumda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-dək yaxın nümayəndə iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub