HEYDƏR ƏLİYEV - 100


Azərbaycanın Rus Gəncləri Assosiasiyası Ulu Öndərin 100 illiyi ilə bağlı inşa yazısı müsabiqəsi elan edir

Azərbaycanın Rus Gəncləri Assosiasiyası Ulu Öndərin 100 illiyi ilə bağlı inşa yazısı müsabiqəsi elan edir

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycanın Rus Gəncləri Assosiasiyası Bakıdakı Rus evinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş inşa yazısı müsabiqəsi elan edir.

Bakıdakı Rus evinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 16-29 yaşarası gənclər müsabiqənin iştirakçısı ola bilər.

İnşalar aşağıdakı mövzularda qəbul olunur:

1) Müasir Azərbaycanın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu;

2) Heydər Əliyev mənim üçün...;

3) Azərbaycan-Rusiya münasibətlərinin inkişafına Ümummilli Lider Heydər Əliyevin töhfəsi.

Yazılar “.doc, docx” formatında qəbul olunur. Mətn “Times New Roman” şriftində, ölçü – 14, sətirarası interval – 1 ilə çap olunmalıdır. İnşanın həcmi azı iki A4 vərəqi təşkil etməlidir.

İnşa yazıları iştirakçının adı, soyadı və ata adı, yaşı və əlaqə nömrəsi göstərilməklə “[email protected]” ünvanına göndərilməlidir. Qəbul aprelin 25-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.