CƏMİYYƏT


Azərbaycanın Rusiyadakı səfirliyi Türkiyəyə səfər etmək istəyən vətəndaşlarımıza pasportla bağlı müraciət edib

Moskva, 11 noyabr, AZƏRTAC

Məlum olduğu kimi, avqustun 13-dən “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş” qüvvəyə minib.

Sazişə əsasən, Türkiyə Respublikasına səfər edən Azərbaycan Respublikası vətəndaşının pasportunun etibarlılıq müddəti ən azı 6 ay olmalıdır.

Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Türkiyəyə səfər etmək istəyən, ya da Azərbaycana Türkiyə ərazisindən getməyə hazırlaşan Azərbaycan vətəndaşları pasportlarının etibarlılıq müddətinə diqqət yetirməli və onun bitməsinə 6 aydan az vaxt qalıbsa, mütləq yenisi ilə əvəzləməlidirlər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.