SİYASƏT
Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Moskva, 11 may, AZƏRTAC
Moskvada, Azərbaycanın Rusiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirliyin qonaq evindəki barelyefi önünə gül dəstələri düzüblər.
Azərbaycanın Rusiyadakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən təşkil olunan tədbirdə səfirliyin müşavir-elçisi Samir Şərifov və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova çıxış ediblər. Qeyd olundu ki, Heydə Əliyevin nurlu xatirəsi təkcə Azərbaycanda deyil, keçmiş Sovet İttifaqının bir çox guşələrində ehtiramla anılır.
Rusiyanın İncəsənət Xadimi, telerejissor, “Vremya” informasiya proqramının keçmiş baş rejissoru Kaleriya Kislova, Heydər Əliyevin şəxsi həkimi olmuş Aleksandır Borotkin Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva