MƏDƏNİYYƏT
Azərbaycanın Şahdağ kurortu MDB-nin qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyündədir
Bakı, 10 oktyabr, AZƏRTAC
Rusiyanın “TurStat” Analitik Agentliyi MDB-yə üzv olan ölkələrin ən məşhur dağ-xizək kurortlarının siyahısını açıqlayıb.
Reytinq 2017-2018-ci ilin qış mövsümündə turistlərin yerləşdirilməsi üçün onlayn-bron sistemində tutulan yerlərin sayı barədə məlumatların təhlilinin nəticələrinə əsasən təqdim edilib.
AZƏRTAC “TurStat”ın saytına istinadən xəbər verir ki, Azərbaycanın Şahdağ kurortu MDB-nin qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib. Qəbələnin yaxınlığında yerləşən Tufandağ da birinci onluqdadır. MDB-nin ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Çimbulak (Qazaxıstan) və Siliçi (Belarus) də daxildir.
MDB ölkələrinin dağ-xizək kurortlarında qış istirahəti 7-10 gün müddətinə planlaşdırılır.
Şahdağ və Tufandağda istirahətin turistik büdcəsi yaşayış yeri və yemək xərci də daxil olmaqla, orta hesabla sutkada 90 ABŞ dolları təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]