CƏMİYYƏT


Azərbaycanın Şanlı Qələbəsi qardaş Türkiyədə təntənə ilə qeyd olunur

İstanbul, 13 noyabr, AZƏRTAC

Azərbaycanın torpaqlarının erməni işğalından azad edilməsi uğrunda apardığı mübarizənin zəfərlə nəticələnməsi qardaş Türkiyənin bir çox bölgəsində təntənə ilə qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Şanlı Qələbə münasibətilə Antalyanın Alanya rayonunda motosikletçilərin yürüşü təşkil olunub. Yürüş iştirakçıları Azərbaycan və Türkiyə bayraqları ilə Alanyanın bir nöqtəsindən digərinə hərəkət edərək sevinclərini vətəndaşlarla bölüşüblər. Qələbə sevincimizi bölüşən paraşütçülər iki qardaş ölkənin bayraqları ilə atlayış ediblər. Şəhərdə iri ölçüdə Azərbaycan və Türkiyə bayraqları açılıb.

Qələbə münasibətilə Konya vilayətində yerləşən Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin Rəqəmsal Göstəriş Mərkəzində Anadolu Agentliyinin əməkdaşları tərəfindən Qarabağ müharibəsində çəkilən və qələbə xəbərindən sonra Azərbaycan vətəndaşlarının sevinclərini əks etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub. Sərgi vətəndaşların böyük marağına səbəb olub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.