CƏMİYYƏT


Azərbaycanın Şirvan və Türkiyənin Manisa şəhərləri qardaşlaşıb

İstanbul, 25 noyabr, AZƏRTAC

Türkiyənin Manisa vilayətinin Böyükşəhər Bələdiyyə Məclisinin noyabr toplantısında Manisa ilə Azərbaycanın Şirvan şəhərinin “Qardaşlaşmış şəhərlər” olması təklifi irəli sürülüb. Təklif yekdilliklə qəbul edilib.

AZƏRTAC xəbər verir ki, qərarın qəbulundan sonra çıxış edən Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Cengiz Ergün qardaş Azərbaycanı Qarabağdakı qələbə münasibətilə təbrik edib, 30 ildir işğal altında qalan torpaqların yenidən Azərbaycana qayıtdığını bildirib. O deyib: “Qardaş Azərbaycanın Şirvan şəhəri ilə Manisamızın qardaşlaşmasında son mərhələyə gəldik. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən Manisa ilə qardaş şəhər ola biləcək şəhərlərin siyahısı bizə verildi. Komissiyamız da bu işlərini tamamladı və Şirvanla Manisanın qardaş şəhərlər olmasını uyğun bildi. Qarabağ zəfəri münasibətilə can Azərbaycana salamlarımızı göndərir, “Zəfərin mübarək!” deyirik”.

Daha sonra Manisa Bələdiyyəsinin Media yayımı və ictimaiyyətlə əlaqələr idarəsi tərəfindən hazırlanan Şirvan şəhəri ilə bağlı videoçarx nümayiş etdirilib.

Bu münasibətlə Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Cengiz Ergün və məclis üzvlərinə təşəkkür məktubu ünvanlanıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.