SİYASƏT
Azərbaycanın Tacikistandakı səfiri Xocənd şəhərinin meri ilə görüşmüşdür
Düşənbə, 14 iyun (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin Xocənd şəhərinin meri Racabbay Karimovla görüşmüşdür.
Səfir Xocənd və Gəncənin qardaşlaşmış şəhərlər olduğunu, R. Karimovun böyük Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində Gəncə şəhərinə getdiyini, bu səfər çərçivəsində Saziş imzalandıqlarını xatırlatmışdır.
Səfir hər il Xocənd şəhərində muğam konsertlərinin təşkil edildiyini, cari ilin iyulunda da burada Azərbaycan muğam ustalarının iştirakı ilə konsert keçiriləcəyini diqqətə çatdırmışdır.
Diplomat, Düşənbə şəhərində Azərbaycan-Tacikistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının 3-cü iclasının keçirilməsi istiqamətində görülən işlərdən, 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrində söz açmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə