İQTİSADİYYAT


Azərbaycanın Türkiyəyə təbii qaz satışı 15,8 faiz artıb

Bakı, 21 aprel, AZƏRTAC

Cari ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə təbii qaz satışı təxminən 5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 39,5 faiz çoxdur.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, birinci rübdə 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,8 faiz çox, yəni 3 milyard kubmetr, Avropaya təqribən 1,1 milyard kubmetr, Gürcüstana isə 784 milyon kubmetr qaz ixrac edilib.

Bu dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 27 milyon kubmetr qaz verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.