SİYASƏT
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi etimadnaməsini qurumun baş direktoruna təqdim edib

Etimadnamənin təqdim edilməsi mərasimindən sonra Anar Kərimov və İrina Bokova arasında görüş olub.
İ.Bokova A.Kərimovu UNESCO yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. O, UNESCO ilə Azərbaycan arasındakı səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
A.Kərimov UNESCO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu deyib. Diplomat bu əməkdaşlığın daha da inkişafında Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan ilə UNESCO arasındakı əməkdaşlığın perspektivləri və birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris