İDMAN


Azərbaycanın U-16 millisinin hazırlıq prosesini 26 məşqçi izləyir

Bakı, 18 sentyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 15-dən Bakıda təlim-məşq toplanışındadır. Hazırlıq prosesini “Elit-məşq” layihəsində iştirak edən 26 məşqçi də izləyir.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının əlaqələndiricisi Miloş Velebit məşqlərin mövzusu ilə bağlı layihənin məşqçilərinə ətraflı məlumat verir. Bütün məşqlərdən videoçəkilişlər aparılır və layihə çərçivəsində regionlarda keçiriləcək məşqlərdə əyani vəsait kimi istifadə olunacaq.

Qeyd edək ki, bununla da “Elit-məşq” layihəsinin birinci mərhələsinə start verilib. Noyabrda keçiriləcək toplanış zamanı hazırkı məşq mövzuları təkrarlanacaq, eyni zamanda, “Elit-məşq” proqramının ikinci hissəsi tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.