İDMAN


Azərbaycanın U-17 komandası Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib

Bakı, 30 iyul, AZƏRTAC

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında iyulun 26-da keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.