İDMAN


Azərbaycanın U-17 millisi belaruslu həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Hidayət Feyzullayev və Şirməmməd Məmmədov yan xətt hakimi olacaqlar. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.

Komandalar arasında sentyabrın 21-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim Tural Qurbanov olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.