Azərbaycanın U-17 millisi iranlı həmyaşıdları ilə qarşılaşacaq
AzerTAg.az

Bakı, 20 iyun, AZƏRTAC
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası iyunun 20-dən iyulun 11-dək Bakıda təlim-məşq toplanışı və 2 yoldaşlıq oyunu keçirəcək.
AZƏRTAC xəbər verir ki, İranın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq komandamızın heyəti açıqlanıb.
Heyətdə Vüsal Şabanov (“Qəbələ”), Qurban Məhərrəmov (“Qarabağ”), Müşviq Nadirov (“Qəbələ”), Ramin Məhərrəmov (“Keşlə”), Mehmet Ali Serin (“Neftçi”), Nemət Şıxəmirov (“Qəbələ”), Nemət Musayev (“Kəpəz”), Rüfət Əhmədov (“Qəbələ”), Abubəkir İbragimov (“Mahaçqala”), Nika Baçaliaşvili (“Qəbələ”), Fərid Yusifli (“Neftçi”), Fərid Muxtarov (“Keşlə”), Veysəl Rzayev (“Qəbələ”), İbrahim Novruzov, Samir Abdullayev (hər ikisi “Keşlə”), Samir Məhərrəmli, Rauf Məhərrəmov (hər ikisi “Qəbələ”), Tuqay Əlizadə (“Şaxtyor”, Ukrayna), Emil Quluzadə (“Vətən”), İlahi Quliyev, Samir Qasımov (hər ikisi “Zirə”), Elçin Qasımov (“Turan Tovuz”), Musa Qurbanlı (“Qarabağ”), Cəlal Cəbrayılov (“Sumqayıt”), Valeh Qəhramanlı (“Neftçi”) və Cavidan Abbaszadə (“Sumqayıt”) yer alıblar.
Qeyd edək ki, iyulun 7-də ilk yoldaşlıq oyunu “Dalğa Arena”da, üç gün sonra təşkil olunacaq ikinci matç isə Bakı Olimpiya Stadionunda keçiriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var