İDMAN


Azərbaycanın U-17 millisinin Bakıda təlim-məşq toplanışı keçirilir

Bakı, 13 sentyabr, AZƏRTAC

Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı keçirilir.

AZƏRTAC xəbər verir ki, hazırlıq prosesində Elgün Bayramov (“Səbail”), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), İbrahim Ramazanov (“Qəbələ”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Namiq Şəmilov, Ülvi Mədətov (hər ikisi “Qəbələ”), Kamal Kazımov (“Keşlə”), Mirəli Əhmədov, Ayxan Süleymanlı, Nihad Cəfərov (hər üçü “Neftçi”), Gülağa Əsədov, Rauf Rüstəmli (hər ikisi “Qəbələ”), Musa Musazadə (“Qarabağ”), Vüsal Qəmbərov (“Sabah”), Nəriman Axundzadə, Zöhrab Əsədov (hər ikisi “Qarabağ”), Nicat Quliyev (“Səbail”), Xəyal İbrahimov (“Keşlə”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”) və Rasim Həsənov (“Yunost”, Ukrayna) iştirak edirlər.

İspaniyanın “Fundacion Marcet” komandasının futbolçusu Eldar Tağızadə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.

Təlim-məşq toplanışı sentyabrın 22-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.