İDMAN


Azərbaycanın U-17 millisinin üzvləri üçün məşğələ keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, aşağı yaş qruplarından ibarət milli komandalara çağırılan futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə ötən ildən etibarən məşqçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, C.Səlimxanovun rəhbərliyi ilə hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri üçün hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ keçirilib.

Komanda üzvləri il ərzində müxtəlif mədəni tədbirlərdə iştirak edəcək, xarici səfərlər zamanı topladıqları təəssüratları müzakirə edəcək və onları elektron vasitələrlə izləyiciləri ilə bölüşəcəklər.

Qeyd edək ki, C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.