İDMAN


Azərbaycanın U-17 yığması Bosniya və Herseqovina millisi ilə növbəti yoldaşlıq oyununu keçirib

Bakı, 16 avqust, AZƏRTAC

Bosniya və Herseqovinanın Sarayevo şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması avqustun 16-da növbəti yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, millimiz toplanış çərçivəsində ev sahibləri ilə ikinci matçına çıxıb.

Görüş rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində oyunda yeganə qolu Turan Vəlizadə vurub.

Qeyd edək ki, millimizin Bosniya və Herseqovinanın U-17 yığması ilə ilk qarşılaşmasında hesab açılmayıb – 0:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.