İDMAN
Azərbaycanın U-19 komandası Ukrayna millisinə minimal hesabla məğlub olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunda Azərbaycan yığması ilk oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız Bakı Olimpiya Stadionunda Ukrayna komandası ilə qarşılaşıb.
Rumıniyalı baş hakim Kristina Bujorun idarə etdiyi oyunun 13-cü dəqiqəsində millimizin futbolçusu Kristina Bakaranadze hesabı açıb. Görüşün 26-cı dəqiqəsində ukraynalı futbolçu İrina Rıbalkina hesabı bərabərləşdirib və matçın ilk hissəsi heç-heçə yekunlaşıb – 1:1.
Ukrayna millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 62-ci dəqiqəsində Yuliya Şevçuk hesab arasındakı fərqi artırıb.
Beləliklə, görüş Ukrayna millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrup mərhələsi çərçivəsində ilk oyunda İspaniya millisi Latviyanı 18:0 hesabı ilə məğlub edib.