İDMAN


Azərbaycanın U-19 komandası belaruslu həmyaşıdlarına qalib gəlib

Bakı, 30 iyul, AZƏRTAC

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında Belarus komandasına qarşı keçirilmiş oyunda millimiz 1:0 hesablı qələbə qazanıb.

U-19-un heyətində 81-ci dəqiqədə penaltidən Nəriman Axundzadə fərqlənib. Bu komandalar arasında növbəti qarşılaşma iyulun 31-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.