İDMAN


Azərbaycanın U-19 komandası çexiyalı həmyaşıdları ilə qarşılaşacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, yığmamız Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda Çexiyanın müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşacaq.

Oyunu maltalı baş hakim Alan Mario Sant idarə edəcək. Ona həmyerlisi Luke Portelli və xorvatiyalı Hrvoje Radiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fran Jovic (Xorvatiya) yerinə yetirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.